SİYASƏT


Azərbaycan-Qətər əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov Gömrük Baş İdarəsinin sədri Ahmed bin Abdullah Al Jamal ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları və idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin qarşılıqlı tanınması məsələsi müzakirə edilib.

Görüşdə ölkələrimizin dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafına verdiyi mühüm töhfədən söz açılıb və son illər ərzində yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaradılmış hüquq-müqavilə bazasının əhəmiyyətindən bəhs edilib. Eyni zamanda, malların ixracı zamanı sənədlərin təsdiqi prosesinin müəyyən vaxt itkisinə səbəb olduğu nəzərə alınaraq, iki ölkə arasında mənşə, baytarlıq, fitosanitar və digər bu kimi sertifikatların qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına stimul verəcəyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.