Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Özbəkistanda bir sıra görüşlər keçirib

Daşkənd, 12 may, АZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Özbəkistan kənd təsərrüfatı nazirinin müavini Kaxramon Yuldaşev, Bitki Karantini və Mühafizəsi üzrə Agentliyin rəhbəri İbrahim Erqaşev, Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət Komitəsi sədrinin birinci müavini Şuxrat Cabbarov və Sanitar-Epidemioloji Rifah və Əhalinin Sağlamlığı Xidmətinin rəisi Baxadir Yusupaliyevin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.

Görüşlərdə Q. Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar çərçivəsində yaranan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, agentlik ölkədə qida təhlükəsizliyi, insanların sağlam və təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində mühüm işlər həyata keçirir. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirən AQTA fəaliyyətini Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE), Kodeks Alimentarius Komissiyası, Beynəlxalq Bitki Sağlamlığı Konvensiyası Təşkilatı (IPPC) və digər beynəlxalq təşkilatlarla sıx əlaqələr üzərində qurub. Eyni zamanda qida sahəsində idxal-ixrac məsələləri, ticarət dövriyyəsində qida təhlükəsizliyi kimi istiqamətləri diqqətdə saxlayan AQTA-nın fəaliyyət dairəsinə aşağı, orta və yuxarı riskli məhsullara sərhəd keçid məntəqələrində nəzarət də daxildir.

Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə keçirilən görüşdə gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib, xüsusən kənd təsərrüfatı məhsullarının idxal və ixracı üzrə nazirliyin işinin digər dövlət orqanları ilə əlaqəli şəkildə qurulması ilə bağlı məsələlər müzakirə olunub.

Bitki Karantini və Mühafizəsi üzrə Agentliyin nümayəndə heyəti ilə keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” sazişlə bağlı fikir mübadiləsi aparılıb və sənədin yaxın gələcəkdə imzalanması istiqamətində razılıq əldə olunub. Bundan əlavə, tərəflər arasında birgə fəaliyyət üzrə İşçi Qrupunun yaradılması, qarşılıqlı maraq doğuran istiqamətlər, o cümlədən laboratoriya işinin təşkili üzrə təcrübə və ekspert mübadiləsinin həyata keçirilməsi qərara alınıb. Həmçinin Azərbaycan nümayəndə heyəti tərəfindən Özbəkistanın Fitosanitar laboratoriyası və informasiya sistemlərinə baxış keçirilib. Eyni zamanda AQTA-nın fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün Özbəkistan nümayəndə heyəti Azərbaycana dəvət edilib.

Özbəkistanın Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət Komitəsi ilə baş tutan görüşdə gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən tranzit daşınan heyvanlara müvafiq icazələrin alınması proseduraları, idxal-ixrac üzrə baytarlıq tələblərinin mübadiləsi, baytarlıq sertifikatlarının qarşılıqlı razılaşdırılması və digər istiqamətlər üzrə işin operativ şəkildə qurulması məqsədilə işçi qrupun yaradılması mövzuları müzakirəyə çıxarılıb. Bundan başqa, heyvan xəstəliklərinə nəzarət üzrə beynəlxalq və regional layihə prioritetləri, heyvandarlıq təsərrüfatlarında heyvan xəstəliklərinə dair aparılan nəzarət tədbirləri ilə tanışlıq, virtual formatda, eləcə də mütəxəssis mübadiləsi yolu ilə heyvan sağlamlığı sahəsi üzrə təcrübə mübadiləsinin aparılması kimi istiqamətlər müzakirə predmeti olub. Eyni zamanda tərəflər epizootiya əleyhinə tədbirlərin planlaşdırılması, icrası və epizootik nəzarətin həyata keçirilməsi, baytarlıq xidmətlərinin özəlləşdirilməsi, heyvan sağlamlığının təmin olunmasında baytarlıq preparatlarından təhlükəsiz istifadə ilə bağlı da fikirlərini bölüşüblər. Bundan əlavə Özbəkistan Respublikası Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisələrində azərbaycanlı mütəxəssislərin baytarlıq sahəsi üzrə magistr pilləsində təhsil alması imkanları nəzərdən keçirilib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər istiqamətlər, xüsusən virtual formatda, eləcə də mütəxəssis mübadiləsi yolu ilə təcrübə mübadiləsinin aparılması məsələləri ətrafında da fikirlərini bölüşüblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO