İQTİSADİYYAT


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida təhlükəsizliyi və fitosanitar nəzarətlə bağlı təlimə start verilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabr 1-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida təhlükəsizliyi və fitosanitar nəzarətlə bağlı təlimə start verilib.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya (AQTA) təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək təlimin birinci günündə qida təhlükəsizliyi üzrə beynəlxalq ekspert Qordana Ristiç və fitosanitar nəzarət üzrə ekspert Aleksa Obradoviç “Risk əsaslı yoxlama – ümumi yanaşma və Avropa İttifaqı ölkələrinin təcrübələri”, “İnspektorların yoxlamaya yanaşmalarının vahidləşdirilməsi – yoxlama vərəqləri və metodologiya”, “Ziyanvericilərin risk analizi”, “İdxalda risklərin təhlili” mövzularında təqdimatla çıxış ediblər. Təlimdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı və regional idarələrinin əməkdaşları iştirak edir.

Təlimin ikinci günündə AQTA əməkdaşları beynəlxalq ekspertlərlə birlikdə bitki mənşəli məhsulların istehsalı müəssisələrinə baxış keçirəcək. Sonda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

Qeyd edək ki, təlim Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanın İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” layihəsi çərçivəsində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.