CƏMİYYƏT


Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti gələn il Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının tamhüquqlu üzvü olacaq

Tbilisi, 10 noyabr, AZƏRTAC 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) gələn il Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (BQSŞ) tamhüquqlu üzvü olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Tbilisidə səfərdə olan AQC-nin sədri Nüsrət İbrahimov deyib.

Rəhbərlik etdiyi qurumun bu il Şuranın assosiativ üzvü seçildiyini qeyd edən N.İbrahimov deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə gələn ildən ölkədə Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi həyata keçiriləcək. Büdcə və digər kommersiya qurumlarında milli mühasibat uçotundan mühasibat uçotunun beynəlxalq standartlarına keçid nəzərdə tutulur ki, bu da özlüyündə aktivlərin qiymətləndirilməsində yeni yanaşmanı zəruri edir. İldən-ilə qiymətləndirmə üzrə norma və standartlar dəyişir, yeni tələblər ortaya çıxır. Azərbaycan qiymətləndiricilərinin bu tələbləri öyrənməsinə ehtiyac var. Bu baxımdan beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi, BQSŞ-na üzvlük bizim üçün vacib addımlardan biridir”.

O bildirib ki, Cəmiyyət BQSŞ–na tamhüquqlu üzvü olmaq üçün Şura ilə sıx və səmərəli əməkdaşlıq edir. Qiymətləndirmə sahəsində beynəlxalq standartlarda Azərbaycana uyğun tələblərin nəzərə alınmasına və Azərbaycan qiymətləndiriciləri ilə Şura arasında fəaliyyətdə qarşılıqlı razılaşmanın olmasına çalışırıq. Yaxın gələcəkdə bu cür seminarların Bakıda da təşkil olunmasını nəzərdə tuturuq.

“Ümid edirəm ki, fəaliyyətimizi tam beynəlxalq standartlar səviyyəsində qura biləcəyik və gələn il biz BQSŞ-nin tamhüquqlu üzvü olacağıq”,- deyə N.İbrahimov vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.