CƏMİYYƏT


Azərbaycan Qızıl Aypara Cəmiyyətində Pakistan nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycan Qızıl Aypara Cəmiyyətində Pakistan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə iki ölkənin milli cəmiyyətləri arasında olan dostluq və qardaşlıq münasibətləri barədə danışıb, birlik və həmrəylik əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Pakistan Qızıl Aypara Cəmiyyətinin Balocistan əyalətinin sədri Seyd Şabir Bəyan və sədr müavini Məhəmməd Əkrəm Şah görüşdən məmnunluqlarını bildirib, təmsil etdikləri əyalətdə baş verən quraqlıq nəticəsində yerli əhalinin üzləşdiyi çətinliklərdən bəhs ediblər.

Azərbaycan təşkilatının nümayəndələri dost ölkənin üzləşdiyi təbii fəlakətlə əlaqədar müvafiq dəstək göstərilməsinə çalışacaqlarını bildiriblər.

Görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixində şərəfli xidmətlərinə görə fərqlənənlərin və “Florens Nightingale” mükafatına layiq görülmüş tibb bacılarının fəaliyyətini əks etdirən qalereya və kiçik muzeylə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.