İQTİSADİYYAT


“Azərbaycan Qran-Prisi 2019” adlı poçt bloku və suvenir vərəqi dövriyyəyə buraxılıb

Bakı, 24 aprel, AZƏRTAC

"Azərbaycan Qran-Prisi 2019" adlı poçt bloku və suvenir vərəqi dövriyyəyə buraxılıb.

"Azərpoçt" MMC-dən AZƏRTAC-a bildirilib ki, poçt bloku 95x100 millimetr ölçülərində hazırlanıb və bir 40x40 millimetr ölçülərində olan markadan ibarətdir. Suvenir vərəq 132x180 millimetr ölçülərindədir. Eyni zamanda, 51x37,5 millimetr ölçülərdə səkkiz markadan ibarətdir.

Bu orijinal poçt markalı vərəq və blok "Azərmarka"nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Poçt bloku və suvenir vərəqi Fransanın "Cartor Security Printing" çap evində işiq üzü görüb və tiraji 10 min nüsxə təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.