REGİONLAR
Azərbaycan Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin Himayədarlar Şurasının 53-cü toplantısına ev sahibliyi edəcəkdir
Bakı, 27 noyabr (AZƏRTAC). Noyabrın 30-dan dekabrın 4-dək Bakıda Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) Himayədarlar Şurasının 53-cü toplantısı keçiriləcəkdir.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, toplantıda İCARDA Himayədarlar Şurasının üzvləri, Mərkəzi və Cənubi Qafqaz ölkələrinin milli kənd təsərrüfatı tədqiqatının rəhbərləri, ümumilikdə dünyanın 30 ölkəsindən 70-ə yaxın nümayəndə iştirak edəcəkdir.
Toplantıda İCARDA-nın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi tədqiqat proqramlarının nəticələri, kənd təsərrüfatı tədqiqatlarında beynəlxalq əməkdaşlığın vəziyyəti, iqlim dəyişkənliyinin kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə təsiri, növbəti illər üçün İCARDA-nın tədqiqat və investisiya planları və digər məsələlər müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]