MƏDƏNİYYƏT
Azərbaycan Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti dərs bu gün saat 19:00-da Gülnarə Ələkbərlinin rəhbərliyi ilə “Linoqravüra” mövzusuna həsr ediləcək. Sonuncu dərs isə iyunun 30-da Museyib Əmirovun rəhbərliyi ilə “Bakı– Mənim şəhərim" mövzularına həsr olunacaq.
Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]