CƏMİYYƏT


Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib

Bakı, 20 may, AZƏRTAC

Mayın 19-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

İclasda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” qərar layihəsi və “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Plenumun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair arayış müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul olunub.

İclasda, eyni zamanda, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Sonra Plenumda Azərbaycan Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının yeni tərkibi müəyyənləşdirilib.

Plenumda, həmçinin konkret işlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.