RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
 Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Kəmalə Nəbi qızı Abiyeva

Zaur Əli oğlu Əliyev

Vüqar Təvəkgül oğlu Həsənov

Abiddin Qabil oğlu Hüseynov

İsmayıl Kamil oğlu Xəlilov

Elşad Yaquboviç Şamayev

İspəndiyar Əsəd oğlu Şəfiyev

Aqil Əzizağa oğlu Abbasov

Ələsgər Əli İskəndər oğlu Novruzov

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinə uyğun olaraq aşağıdakı şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Çingiz İsgəndər oğlu Əsgərov

Bəhman Fərhad oğlu Qəribov

Bəhram Məmməd oğlu Məmmədli

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                S.Qafarova
 

Bakı şəhəri, 5 may 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin