İDMAN


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 7-ci Arena Polo Dünya Kuboku turniri keçiriləcək

Bakı, 9 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 13-dən 15-dək Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə 7-ci Arena Polo Dünya Kuboku turniri keçiriləcək.

ARAF-dan AZƏRTAC-a bildiriblər ki, artıq ənənə halını alan polo üzrə dünya kubokunda dörd ölkəni təmsil edən komandalar iştirak edirlər. Turnirdə Azərbaycan, Rusiya, Almaniya və İsveçrə yerli klub komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Hər komanda üç oyunçu ilə təmsil olunur. Oyunlar “Elite Horse and Polo Club”da yerləşən meydançada hər gün saat 15:00-da baş tutacaq. Sentyabrın 12-də saat 16:30-da “Fairmont” mehmanxanasında mətbuat konfransı və oyunçuların təqdimatı olacaq.

Püşkatmanın nəticələrinə əsasən, ilk oyun günündə “Elite Horse & Polo Club Baku” komandası İsveçrənin “Evviva Polo Club St. Moritz” klubu ilə qarşılaşacaq. Günün ikinci görüşü “Los Nocheros Polo Club Münster” (Almaniya) və “Planernaya Polo Club Moscow” (Rusiya) komandaları arasında oynanılacaq.

Turnirin ikinci gününün açılış görüşü “Evviva Polo Club St. Moritz” və “Los Nocheros Polo Club Münster” arasında baş tutacaq. İkinci oyunda “Elite Horse & Polo Club Baku” və “Planernaya Polo Club Moscow” komandaları üz-üzə gələcəklər.

Sentyabrın 15-də üçüncü yer uğrunda görüş və final matçı keçiriləcək.

Xatırladaq ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.