RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilsin:

general-leytenant ali hərbi rütbəsi

general-mayor Fazil Nəriman oğlu Ələkbərova

polis general-mayoru ali xüsusi rütbəsi

polkovnik Heydər Teyyub oğlu Heydərova.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin