İQTİSADİYYAT


Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin yaranmasının 1 ili tamam olur

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) yaranmasının 1 ili tamam olur.

Qurumdan AZƏRTAC-a bildirilib ki, ADRA açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarının üzərində yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir. Agentlik yarandığı 1 il ərzində açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların inzibati yükünü, xərclərini azaltmaq, şəffaf tənzimləməni həyata keçirmək, bir sözlə vətəndaş məmnunluğunu təmin etmək istiqamətində bir sıra addımlar atıb.

Xatırladaq ki, agentlik Prezident İlham Əliyevin 2017-ci il 20 iyun tarixli Fərmanı ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.