CƏMİYYƏT


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası regionlarda ekoloji istiqamətdə layihələri davam etdirir

Bakı, 7 oktyabr, AZƏRTAC

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi çərçivəsində Qazax və Şəmkir rayonlarında davamlılıq layihələri keçirilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, Qazax rayonunda keçirilən “EcoVelo” layihəsi çərçivəsində Məşvərət Şurasının üzvləri tərəfindən Gənclər Evinin qarşısına 4 velosiped, dəbilqə, dizlik, 1 velodayanacaq və 1 zibil qabı qoyulub. Bunun nəticəsində gənclər plastik və kağız tullantıları təqdim etməklə velosipedlərdən müəyyən müddətə istifadə edə biləcəklər.

Şəmkir rayonunda keçirilən “Ekologiya hər yerdə!” layihəsi çərçivəsində Məşvərət Şurasının üzvləri tərəfindən rayonun 6 kənd və qəsəbəsində çeşidlənmiş zibil qabları yerləşdirilib. Kənd bələdiyyələri tərəfindən zibil qablarının dolduğu zaman boşaldılıb, yerləşdirilmələrinə davamlı nəzarət ediləcək.

Qeyd edək ki, "5 Rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi Avropa İttifaqı və UNICEF-in dəstəyi, ARGTMŞ-nın təşkilatçılığı ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.