Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2462) “Sevinc Həsənova” sözləri “Şirzad Abdullayev” sözləri ilə, “Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini” sözləri “İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin