RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) Katibliyinin strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişikliklərin edilməsi zərurəti yaranmışdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 28.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2012-ci il 24 fevral tarixli 1/4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2.6-cı yarımbənd, 3.2.5.2-ci və 3.2.9.1-ci abzaslar, 4.14-cü, 4.15-ci və 4.20-ci bəndlər ləğv olunsun.

1.2. 3.2.5-ci yarımbəndə aşağıdakı redaksiyada abzas əlavə edilsin:

“3.2.5.2-1. İnsan resursları sektoru;”.

1.3. 3.2.7-ci yarımbənddə və 4.16-cı bənddə “ictimai əlaqələr” sözləri “kommunikasiya” sözü ilə əvəz olunsun.

1.4. 3.2-ci bəndə aşağıdakı redaksiyada yeni yarımbənd əlavə edilsin:

“3.2.7-1. Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi;

3.2.7-1.1. Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru;

3.2.7-1.2. Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru;”.

1.5. 4-cü hissəyə aşağıdakı redaksiyada yeni bənd əlavə edilsin:

“4.14-1. İnsan resursları sektoru

4.14-1.1. şəxsi işlər və aidiyyəti sənədlərlə müvafiq fəaliyyətin aparılmasını təmin edir;

4.14-1.2. əmək müqavilələrinin tərtib olunması, rəsmiləşdirilməsi və saxlanılması işini aparır;

4.14-1.3. müvafiq sənədlərin və arayışların hazırlanmasını təmin edir;

4.14-1.4. rəhbərliyin digər tapşırıqlarını icra edir.”.

1.6. 4.16.6-cı yarımbənd 4.16.10-cu yarımbənd, 4.16.7-ci yarımbənd 4.16.6-cı, 4.16.8-ci yarımbənd isə 4.16.11-ci yarımbənd hesab edilsin;

1.6.1. 4.16-cı bəndə aşağıdakı redaksiyada yarımbəndlər əlavə edilsin:

“4.16.7. effektiv və məqsədyönlü kommunikasiya fəaliyyətini təşkil edir;

4.16.8. maraqlı tərəflər və hədəf qrupları ilə kommunikasiya vasitələrini genişləndirir;

4.16.9. səmərəli kommunikasiya məqsədilə maarifləndirmə xarakterli tədbirlər həyata keçirir;”.

1.7. 4-cü hissəyə aşağıdakı redaksiyada yeni bəndlər əlavə edilsin:

“4.16-1. Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi

4.16-1.1. siyasi partiya və ictimai təsisatlarla səmərəli əlaqələrin qurulmasını təmin edir;

4.16-1.2. siyasi partiya və ictimai təsisatlarla münasibətlərin inkişaf etdirilməsi məqsədilə təkliflər hazırlayır;

4.16-1.3. müvafiq təsisatlarla seçki hüququ sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsinə dair təkliflər hazırlayır;

4.16-1.4. Mərkəzi Seçki Komissiyasının hesabatlarının hazırlanmasında iştirak edir;

4.16-1.5. siyasi partiya və ictimai təsisatlara metodiki yardım göstərilməsi məqsədi ilə material və tövsiyələrin hazırlanmasında iştirak edir;

4.16-1.6. komissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;

4.16-1.7. səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.

4.16-2. Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru

4.16-2.1. Seçkilər (referendum) zamanı siyasi partiyalarla əlaqələrin qurulmasını təmin edir;

4.16-2.2. səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.

4.16-3. Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru

4.16-3.1. siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul edir və nəzərdən keçirir;

4.16-3.2. siyasi partiyaların illik maliyyə hesabatlarının ictimailəş¬dirilməsi ilə bağlı müvafiq tədbirlər görür;

4.16-3.3. səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.”.

1.8. 6.9-cu bəndə “, böyük mütəxəssis” sözləri əlavə edilsin.

1.9. 6-cı hissəyə aşağıdakı redaksiyada yeni bənd əlavə edilsin:

“6.10. Xadimə

6.10.1. xidməti və yardımçı otaqlarda təmizlik işlərini təmin edir;

6.10.2. şöbə müdirinin digər tapşırıqlarını icra edir.”.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin