SİYASƏT
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Litvada prezident seçkilərini müşahidə edəcəkdir
Bakı, 7 may (AZƏRTAC). Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mayın 11-də Litva Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkədə səfərdə olacaqdır.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Litva Mərkəzi Seçki Komissiyasının sədri Zenonas Vaiqauskasın dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun litvalı həmkarı, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi və iki ölkənin seçki qurumları arasındakı əlaqələr və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi nəzərdə tutulur.