RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin tərkibində aşağıdakı dəyişikliklər edilsin:

1. Rəşad Məmmədqulu oğlu Mahmudov, Elşən Məmmədhənifə oğlu Musayev və Cavid Həmid oğlu Osmanov komitənin üzvləri seçilsinlər.

2. Adil Abış oğlu Əliyev və Rauf Asif oğlu Əliyev komitənin üzvlüyündən çıxarılsınlar.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                      O.Əsədov

Bakı şəhəri, 19 fevral 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin