Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azər Camal oğlu Badamov və Eldəniz Adil oğlu Səlimov Milli Məclisin Gənclər və idman komitəsinin, Hüseynbala Fazil oğlu Mirələmov Milli Məclisin Mədəniyyət komitəsinin üzvü seçilsinlər.

II. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri                                  O.Əsədov

Bakı şəhəri, 1 may 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin