Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Milli MəclisininDaxili Nizamnaməsinə əlavələr vədəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:I. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 197-ci il, N 2, maddə 107; 1999-cu il, N 5, maddə 284; 2000-ci il, N 6, maddə 380, N 12, maddələr 832, 834) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 1-ci maddədə:

1.1. birinci hissədə "dördüncü" sözü "IV" rəqəmi ilə əvəz edilsin.

1.2. aşağıdakı redaksiyada beşinci hissə əlavə edilsin:"Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası martın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 1-də başlanır və dekabrın 30-dək davam edir. Əgər martın 1-i və sentyabrın 1-i istirahət gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.".

1.3. beşinci və altıncı hissələr müvafiq olaraq altıncı və yeddinci hissələr hesab edilsin.

1.4. dördüncü hissənin birinci cümləsində "-iyul ayının 15-dən avqust ayının 31-dək" sözləri "-iyul ayının 1-dən avqust ayının 15-dək" sözləri ilə əvəz edilsin.

2. 3-cü maddədə:

2.1. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

"Bu qərar protokol qaydasında qəbul olunur.".

2.2. altıncı hissədə "rəhbərliyinin" sözü "rəhbərinin" sözü ilə əvəz edilsin.

3. 5-ci maddədə:

3.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:"Milli Məclisin fəaliyyəti növbəti, növbədənkənar sessiyalar və sessiyalararası dövrlərdə iş formalarında qurulur.".

3.2. üçüncü və dördüncü hissələrdə "həftədə" sözü "ayda" sözü ilə əvəz edilsin.

4. 9-cu maddənin birinci hissəsinin ikinci cümləsində "sakitliyini" sözü "normal gedişini" sözləri ilə əvəz edilsin.

5. 11-ci maddənin üçüncü hissəsində "iclasda iştirak edən deputatların sadə səs çoxluğu ilə alınmış razılığı" sözləri "protokol qaydasında qəbul edilmiş qərar" sözləri ilə əvəz edilsin.

6. 13-cü maddədə:

6.1. birinci hissə aşağıdakı redaksiyada verilsin: "Milli Məclisin iclaslarında hər hansı məsələnin müzakirəsi həmin məsələ ilə bağlı çıxışlara yazılanların siyahısı bitdikdə protokol qaydasında qəbul edilmiş qərar əsasında kəsilir.".

6.2. ikinci hissədə "istəyənlərin" sözü "istəyən şəxslərin" sözləri ilə, "Milli Məclisin iclasında iştirak edən deputatların sadə səs çoxluğu ilə alınmış razılığı" sözləri "protokol qaydasında qəbul edilmiş qərar" sözləri ilə əvəz edilsin.

7. 14-cü maddənin ikinci hissəsinin birinci cümləsində "daimi" sözündən əvvəl "müvafiq" sözü əlavə edilsin.

8. 17-ci maddədə:

8.1. doqquzuncu hissənin birinci cümləsində "Azərbaycan Respublikası Prezidentinin" sözlərindən əvvəl "Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin II hissəsinə uyğun olaraq" sözləri əlavə edilsin, "Ali Məhkəməsinin" sözlərindən sonra, "Azərbaycan Respublikası Prokurorluğunun" sözləri, birinci və ikinci cümləsində "qanun" sözündən sonra "və ya qərar" sözləri əlavə edilsin.

8.2. aşağıdakı redaksiyada onuncu hissə əlavə edilsin:"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair təkliflər verə bilər. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər. Həmin təklifləri Milli Məclisin sədri müvafiq daimi komissiyaya və ya komissiyalara göndərir. Müvafiq komissiya göstərilən təkliflərə dair müsbət münasibət bildirdikdə onlar Milli Məclisin müzakirəsinə çıxarılır."

9. 18-ci maddənin dördüncü hissəsinin sonuna aşağıdakı redaksiyada dördüncü və beşinci cümlələr əlavə edilsin:"Qanun və ya qərar layihəsi Milli Məclisin müzakirəsinə hüquq, layihəyə dair verilmiş təklif əlavə xərc tələb etdikdə isə, həmçinin büdcə ekspertizasının rəyi ilə birlikdə çıxarılır".

10. 20-ci maddədə:10.1. birinci hissədə "dördüncü və beşinci" sözləri "IV və V" rəqəmi ilə əvəz edilsin.

10.2. ikinci hissədə "beşinci" sözü "V" rəqəmi ilə əvəz edilsin.

11. 21-ci maddədə:

11.1. birinci hissədə "birinci" sözü "I" rəqəmi ilə əvəz edilsin.

11.2. beşinci hissədə "ikinci" sözü "II" rəqəmi ilə əvəz edilsin.

12. Aşağıdakı redaksiyada 21-1-ci maddə əvəz edilsin:"

Maddə 21-1.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatı, Azərbaycan Respublikasının Hesablama Palatasının illik hesabatı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin 25.3-cü maddəsinə uyğun olaraq Hesablama Palatası onun fəaliyyəti haqqında illik hesabatları Azərbaycan Respublikası Milli Məclisinə təqdim edir."Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 14.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikası Milli Məclisi qarşısında illik məruzə ilə çıxış edir."

13. 22-ci maddənin birinci hissəsində "ikinci" sözü "II" rəqəmi ilə əvəz edilsin.

14. 23-cü maddənin birinci hissəsində "ikinci" sözü "II" rəqəmi ilə əvəz edilsin.

15. 24-cü maddənin ikinci hissəsinin ikinci cümləsindən "Milli Məclisin iclasında iştirak edən deputatların sadə səs çoxluğu ilə "sözləri çıxarılsın.

16. 30-cu maddənin birinci hissəsindən "Milli Məclisin aktlarının qəbul edilməsi üçün" sözləri çıxarılsın.

17. 32-ci maddənin birinci hissəsində "çağırışının" sözündən əvvəl "növbəti" sözü əlavə edilsin.

18. 35-ci maddədə:

18.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:"Milli Məclisin növbəti çağırışının birinci sessiyasının əvvəlində "Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Milli Məclisin daimi komissiyaları yaradılır.".

18.2. üçüncü hissədə "daimi komissiyalar haqqında Əsasnamə" sözləri "Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu" sözləri ilə əvəz edilsin.

19. 36-cı maddənin üçüncü hissəsinə aşağıdakı redaksiyada üçüncü cümlə əlavə edilsin:"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı Milli Məclisin daimi komissiyasının üzvü olmaya bilər".

20. 45-ci maddənin 3-cü bəndində "iclaslarında sakitliyi" sözləri "iclaslarının normal gedişini" sözləri ilə əvəz edilsin.

21. Dördüncü fəslin adı aşağıdakı redaksiyada verilsin:"Yekun müddəaları".

22. 49-cu maddə çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 dekabr 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin