RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qərara alır: 

“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il 4 mart tarixli 161-VQR nömrəli Qərarının 2, 17 və 25-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

2. Azərbaycan–Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Fətiyev Xanlar Nuru oğlu.

17. Azərbaycan–Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Qafarova Sahibə Əli qızı.

25. Azərbaycan–Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Feyziyev Cavanşir Əyyub oğlu.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri                    O.Əsədov

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin