Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 197

 Bakı şəhəri, 13 sentyabr 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş "Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nda dəyişiklik edilməsi haqqında

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 373-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 671 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 692; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752) ilə təsdiq edilmiş "Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın IV fəslinin 7-ci hissəsinin ikinci abzasının birinci cümləsində "2" rəqəmi "4" rəqəmi ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin