Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 200

 Bakı şəhəri, 13 sentyabr 2012-ci il

"Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci bölmə üzrə:

1.1.1. birinci və ikinci hissələr birləşdirilərək aşağıdakı redaksiyada verilsin :

"Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxslər, mallar və nəqliyyat vasitələri üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərhəd və gömrük nəzarəti həyata keçirilir. Bu məqsədlə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərhəd qoşunlarının nəzarət buraxılış məntəqələri və gömrük idarələri (postları) yaradılır.";

1.1.2. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

"Dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliklə müəyyən olunmuş qaydada eyni zamanda ikikanallı - "Yaşıl kanal" və "Qırmızı kanal" - buraxılış sistemləri tətbiq olunur.";

1.2. 3-cü bölmənin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

"qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən buraxılmasını həyata keçirmək;";

1.3. 5-ci bölmə üzrə:

1.3.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

"Şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakların Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışını sərhəd qoşunlarının nəzarət buraxılış məntəqələri gömrük orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər.";

1.3.2. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışı sərhəd qoşunlarının nəzarət buraxılış məntəqələri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra həyata keçirilir.".

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin