RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 204
Bakı şəhəri, 13 sentyabr 2012-ci il
"İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi ilə bağlı bəzi normativ hüquqi sənədlərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 174 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi ilə bağlı bəzi normativ hüquqi sənədlərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 174 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 935) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş "Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən ərizəyə əlavə edilən sənədlərin Siyahısı"nın 4-cü hissəsində "rejimi" sözü "proseduru" sözü ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş "İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi, müddətinin uzadılması və ləğv edilməsi Qaydaları"nın 2.5.9-cu yarımbəndində hər iki halda "rejimi" sözü "proseduru" sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə