Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 208

 Bakı şəhəri, 19 sentyabr 2012-ci il

"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 376-IVKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 664 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Büdcə xərclərinin funksional təsnifatı"nın "6.2.3. Digər sosial təminat tədbirləri" paraqrafına "6.2.1-6.2.2-ci paraqraflarda" sözlərindən əvvəl "Azərbaycan Respublikasının keçmiş Prezidentinə, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan ailə üzvlərinə verilən təminatlar və " sözləri əlavə edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Büdcə xərclərinin iqtisadi təsnifatı" üzrə:

1.2.1. "270000. Təqaüdlər və sosial müavinətlər" bölməsinin birinci cümləsinə "sosial sığortaya," sözlərindən sonra "Azərbaycan Respublikasının keçmiş Prezidentinə, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan ailə üzvlərinə verilən təminatlar," sözləri əlavə edilsin;

1.2.2. "271150. Digər təqaüdlər" maddəsinə "271110-271140-cı maddələrdə" sözlərindən əvvəl "Azərbaycan Respublikasının keçmiş Prezidentinə, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan ailə üzvlərinə verilən təminatlar və " sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin