Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 6 fevral tarixli 38 nömrəli və “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2019-cu il 4 sentyabr tarixli 381 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbaycan Respublikasının İqtisa-diyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin və “Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 24 noyabr tarixli 1887 nömrəli Fərmanının 4.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 fevral tarixli 38 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 336, № 3, maddə 560; 2022, № 6, maddə 685) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissədə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nın 1-ci hissəsində “Azərbaycan Respub-likasının Vergilər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

2. “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 sentyabr tarixli 381 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1535; 2021, № 7, maddə 866) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissədə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları” üzrə:

2.2.1. 1.4-cü bənddə “Əmlak Məsələləri Dövlət Komitəsidir” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir” sözləri ilə, 1.5-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.8.1-ci yarımbənddən “, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri, 1.8.2-ci və 1.8.3-cü yarımbəndlərdən “, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın;

2.2.3. 3.2-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin və həmin bənddən “, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri çıxarılsın.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 may 2023-cü il

№ 173

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin