Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” 2006-cı il 23 iyun tarixli 157 nömrəli və “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2023-cü il 13 yanvar tarixli 8 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 792-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnternat məktəblərinin, internat tipli liseylərin və gimna-ziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 581; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, internat tipli sanator ümumtəhsil məktəblərinin, internat tipli liseylərin və internat tipli gimnaziyaların” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları” üzrə:

1.2.1. adında “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, internat tipli sanator ümumtəhsil məktəblərinin, internat tipli liseylərin və internat tipli gimnaziyaların” sözləri ilə əvəz edilsin;

1.2.2. “Qeydlər.” hissəsi üzrə:

1. 1-ci bəndin birinci abzasında “internat məktəblərində” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə və ikinci abzasında “internatda, internat tipli liseydə və gimnaziyada” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində, internat tipli sanator ümumtəhsil məktəbində, internat tipli liseydə və internat tipli gimnaziyada” sözləri ilə, “internatda” sözü isə “həmin təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;

2. 3-cü bənddə “internat məktəblərində, internat tipli liseylərdə və gimnaziyalarda” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin;

3. 4-cü bənddə “Sanatoriya tipli internat” sözləri “İnternat tipli sanator ümumtəhsil” sözləri ilə əvəz edilsin;

4. 7-ci bənddə “İnternat məktəbi, internat tipli liseylər və gimnaziyalar” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbləri, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbləri, internat tipli sanator ümumtəhsil məktəbləri, internat tipli liseylər və internat tipli gimnaziyalar” sözləri ilə əvəz edilsin;

5. 8-ci bəndin birinci cümləsində “İnternat məktəblərində, internat tipli liseylərdə və gimnaziyalarda” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə və ikinci cümləsində “internat məktəblərində” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin;

6. 9-cu bəndin birinci, beşinci və altıncı abzaslarında “internat məktəblərində” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin;

7. 10-cu bənddə “internat məktəblərinə, internat tipli liseylərə və gimnaziyalara” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinə, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinə, internat tipli sanator ümumtəhsil məktəblərinə, internat tipli liseylər və internat tipli gimnaziyalara” sözləri ilə əvəz edilsin;

8. 11-ci bənddə “İnternat məktəbinin, internat tipli liseyin və gimnaziyaların” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, internat tipli sanator ümumtəhsil məktəblərinin, internat tipli liseylərin və internat tipli gimnaziyaların” sözləri ilə əvəz edilsin;

9. 13-cü bənddə “internat məktəblərində, internat tipli liseylərdə və gimnaziyalarda” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin;

10. 14-cü bənddə “İnternat məktəbində, internat tipli liseylərdə və gimnaziyalarda” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin;

11. 15-ci bənddə “internat məktəblərinin” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, internat tipli sanator ümumtəhsil məktəblərinin, internat tipli liseylərin və internat tipli gimnaziyaların” sözləri ilə əvəz edilsin;

12. 16-cı bənddə “Orta internat məktəblərində, internat tipli liseylərdə və gimnaziyalarda” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin;

13. 18-ci bənddə “İnternat məktəblərində, internat tipli liseylərdə və gimnaziyalarda” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 129) ilə təsdiq edilmiş “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nın 2.3.5-ci və 2.5.5-ci yarımbəndlərində “ümumtəhsil internat məktəblərində” sözləri “internat tipli ümumi təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 6 iyun 2023-cü il

№ 187

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin