Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə–məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Tələbə–məzun” dövlət elektron məlumat sisteminə qoşulmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 89, № 7, maddə 621; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 4, maddə 373, № 6, maddə 704, № 7, maddə 836; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 805, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2306) ilə təsdiq edilmiş “Tələbə–məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.10-3-cü bənd əlavə edilsin:

“6.10-3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2020-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin