RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram: 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3.12.4-1-ci, 3.12.4-2-ci və 4.12.3-1-ci yarımbəndlər əlavə edilsin:

“3.12.4-1. tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasının formalaşdırılmasını və daim yenilənməsini təmin edir;

3.12.4-2. tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını təmin edir;”;

“4.12.3-1. məktəbəqədər təhsil müəssisələrinin yaradılmasını və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək;”.

2. 4.18.1-ci yarımbənddə “bəndində” sözü “yarımbəndində” sözü ilə əvəz edilsin.

3. 4.18.2-ci yarımbəndə “4.11.17-ci,” sözlərindən sonra “4.12.3-1-ci,” sözləri əlavə edilsin və həmin yarımbənddə “bəndlərində” sözü “yarımbəndlərində” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri