Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1521; 2015, № 11, maddə 1309; 2016, № 1, maddə 48; 2017, № 12 (I kitab), maddə 2344; 2018, № 6, maddə 1202; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 dekabr tarixli 431 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikası Müdafiə Nazirliyində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin