Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 173 nömrəli və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 392 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram: 

1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının 2-ci hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 483; 2003, № 10, maddə 546; 2014, № 10, maddə 1192; 2017, № 7, maddə 1342) aşağıdakı redaksiyada verilsin:

”2. Müəyyən edilsin ki:

2.1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü abzasında, 40-cı maddəsinin 2-ci hissəsində, 52-ci maddəsinin 1-ci, 2-ci, 5-ci, 7-ci, 8-ci (hər iki halda), 9-cu, 10-cu (hər iki halda) və 12-ci hissələrində, 54-cü maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində, 55-ci maddəsinin 1.2-ci bəndində, 56-cı maddəsinin 1-ci hissəsində, 57-ci maddəsinin 1-ci və 3-cü hissələrində, 58-ci maddəsinin 2-ci, 4-cü və 7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinin 1.1–1.3-cü, 1.6–1.9-cu (xüsusi elmi-ekoloji və bioloji əhəmiyyətli ətraf mühitin mühafizəsi obyektlərinin siyahısının təsdiq edilməsi hissəsində), 1.10-cu və 1.11-ci bəndlərində, 2-ci hissəsinin 2.1-ci (fəaliyyət istiqamətlərinə uyğun olaraq) bəndində, 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin 3-cü hissəsində, 64-1.1-ci maddəsinin ikinci cümləsində, 66-cı maddəsinin 3-cü hissəsində və 79-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 52-ci maddəsinin 2-ci və 9-cu hissələrində, 54-cü maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində, 56-cı maddəsinin 1-ci hissəsində, 58-ci maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 4-cü maddəsinin 2-ci hissəsinin 2.1-ci (fəaliyyət istiqamətlərinə uyğun olaraq), 2.2–2.6-cı bəndlərində, 18-ci maddəsinin 3-cü hissəsində, 71-ci maddəsinin 1-ci, 2-ci hissələrində və 72-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü abzasında, 40-cı maddəsinin 2-ci hissəsində, 52-ci maddəsinin 1-ci, 7-ci, 8-ci (birinci halda), 10-cu (hər iki halda) və 12-ci hissələrində, 55-ci maddəsinin 1.2-ci bəndində, 57-ci maddəsinin 1-ci və 3-cü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 58-ci maddəsinin 4-cü və 7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulurlar;

2.7. həmin Qanunun 52-ci maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müalicə-sağlamlaşdırma yerlərinə və kurortlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 52-ci maddəsinin 8-ci (ikinci halda) hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.”.

2. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2002, № 1, maddə 52; 2003, № 10, maddələr 546, 585; 2007, № 2, maddə 87; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785; 2014, № 5, maddə 477; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasdan “11-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılsın;

2.2. onuncu abzas ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin