Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında” 2001-ci il 4 iyul tarixli 519 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1720-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 519 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 456; 2002, № 8, maddə 478; 2007, № 3, maddə 226) V hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.2 – 2.1.6-cı yarımbəndlər ləğv edilsin;

2.2. 2.3.6-cı və 2.4.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3.6. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq vahid uçota alınmış valideyn himayəsindən məhrum olan 3 yaşından yuxarı uşaqların yerləşdirilməsinə yardım edir;”;

“2.4.5. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq vahid uçota alınmış valideyn himayəsindən məhrum olan 3 yaşınadək uşaqların yerləşdirilməsinə yardım edir;”;

2.3. 2.5.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.5.11–2.5.16-cı yarımbəndlər əlavə edilsin:

“2.5.11. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürmək arzusunda olan şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunu elektron qaydada aparır;

2.5.12. övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin edir;

2.5.13. bu Qaydanın 2.5.12-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsi zamanı rəy verilməsini təmin edir;

2.5.14. övladlığagötürmə sahəsində vahid nəzarətin, eləcə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürdükləri Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsini təmin edir;

2.5.15. övladlığagötürmənin ləğvi ilə bağlı tədbirlər görür;

2.5.16. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyənləşdirir.”;

2.4. 2.7.15-ci və 2.8.5-ci yarımbəndlərdə “ləğvi məqsədi ilə tədbirlər görür” sözləri “ləğvinə yardım edir” sözləri ilə əvəz edilsin;

2.5. 2.8.3-cü yarımbənddən “valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotunu aparır,” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.6.4-cü yarımbəndindən “övladlığa götürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy təqdim etmək,” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin