Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2002-ci il 12 dekabr tarixli 823 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 23 aprel tarixli 53 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 18 iyul tarixli 212 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli qanunlarının icrası ilə əlaqədar qərara alıram: 

1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 718; 2007, № 5, maddə 460, № 11, maddə 1117; 2008, № 6, maddələr 496, 497; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 182; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1115; 2014, № 10, maddə 1180; 2015, № 8, maddə 913; 2016, № 5, maddə 880, № 6, maddə 1031; 2017, № 3, maddə 388, № 6, maddə 1070, № 9, maddə 1636; 2018, № 5, maddə 943) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə və 17.9-cu bənddə “çevik qüvvələr” sözləri “çevik hərəkət qüvvələri” sözləri ilə əvəz edilsin;

1.2. 9.3-cü bənddə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hava hücumundan müdafiə qoşunları və hərbi hava qüvvələrinə onlar tərəfindən ” sözləri “Azərbaycan Ordusuna” sözləri ilə əvəz edilsin;

1.3. 9.6-cı bənddə “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;

1.4. 9.19-cu bənddə “Müdafiə Nazirliyi” sözləri “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

1.5 11.10-cu bənddə “sərhəd xidməti orqanları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;

1.6. 17.8-ci bənddə “çevik qüvvələrin” sözləri “çevik hərəkət qüvvələrinin” sözləri ilə əvəz edilsin;

1.7. 17.27-ci bənddə “Silahlı Qüvvələrə” sözləri “Azərbaycan Ordusuna” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 53 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 233; 2008, № 3, maddə 168; 2009, № 7, maddə 532; 2018, № 9, maddə 1831) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.2-ci yarımbənd üzrə:

2.1.1. “9-cu maddənin birinci hissəsində,” sözləri çıxarılsın;

2.1.2. “birinci və ikinci hissələrində” sözləri “ikinci hissəsində” sözləri ilə, “5-ci və 6-cı” sözləri “5-ci (birinci halda) və 6-cı (ikinci halda)” sözləri ilə əvəz edilsin;

2.1.3. “dördüncü” sözündən sonra və “cümlələrində” sözündən əvvəl “(birinci halda)” sözləri əlavə edilsin;

2.2. 2.6-cı bənddə “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;

2.3. 2.6.1-ci yarımbənddən “və 12-ci maddənin ikinci hissəsində” sözləri çıxarılsın;

2.4. 2.6.2-ci yarımbənddə “hissəsində” sözü “hissəsinin birinci cümləsində və ikinci cümləsində (ikinci halda)” sözləri ilə əvəz edilsin;

2.5. 2.6.3-cü yarımbənddə “ikinci və üçüncü hissələrində” sözləri “üçüncü hissəsində” sözləri ilə, “Müdafiə Nazirliyi” sözləri “Müdafiə Sənayesi Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.6. 2.6.4-cü yarımbəndə “dördüncü hissəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin;

2.7. 2.6.5-ci yarımbənd ləğv edilsin.

3. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 262 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 598; 2008, № 6, maddə 496; 2017, № 5, maddə 800) 1.5-ci bəndi ləğv edilsin.

4. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 212 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1498) 3.2-ci bəndində “5-ci, 6-cı” sözləri “5-ci (ikinci halda), 6-cı (birinci halda)” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin