Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi və bayrağı, Nazirliyin tabeliyində olan Mülki Müdafiə qoşunlarının, Aviasiya dəstəsinin və gəmilərin bayraqları haqqında əsasnamələrin, habelə onların təsvirinin təsdiq edilməsi barədə” 2007-ci il 21 iyun tarixli 591 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) haqqında” 2008-ci il 15 sentyabr tarixli 828 nömrəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə” 2019-cu il 11 aprel tarixli 623 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi və bayrağı, Nazirliyin tabeliyində olan Mülki Müdafiə qoşunlarının, Aviasiya dəstəsinin və gəmilərin bayraqları haqqında əsasnamələrin, habelə onların təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 591 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 604) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin bayraqları haqqında Əsasnamə”nin 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“4. Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin bayrağı onun olduğu gəmidə qaldırılır və endirilir.”;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin bayraqlarının Təsviri”nin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərində vəzifəli şəxslərin bayraqları” hissəsi üzrə:

1.2.1. adında “vəzifəli şəxslərin bayraqları” sözləri “fövqəladə hallar nazirinin bayrağı” sözləri ilə əvəz edilsin;

1.2.2. birinci və ikinci abzaslar ləğv edilsin;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin gəmilərində bayrağı” hissəsi ləğv edilsin.

2. “Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 828 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 800) 2.3-cü bəndinə “dublikatı” sözündən sonra “(surəti)” sözü əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 623 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 623) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının Təsviri”nin 1-ci hissəsində “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin