Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli və “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910, № 8, maddə 1676, № 11, maddə 2289, № 12 (I kitab), maddə 2616; 2019, № 3, maddə 434, № 5, maddə 826, № 10, maddə 1581; 2020, № 5, maddə 559, № 6, maddə 684, № 7, maddə 891, № 11, maddə 1341; 2021, № 8, maddə 915, № 12, maddə 1402; 2022, № 3, maddə 219, № 7, maddə 752) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.6-cı, 4.8-ci (hər iki halda) bəndlərə və 4.7-1.2-ci yarımbəndə “Agentliyinin” sözündən sonra “, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri əlavə edilsin;

1.2. 4.7-2-ci bənddə “93.1-ci və 95.3-1-ci maddələrinin birinci cümlələrində” sözləri “95.3-1-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz olunsun və həmin bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 4.13-1-ci bənd əlavə edilsin:

“4.13-1. həmin Məcəllənin 93.1-ci maddəsinin birinci cümləsində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi nəzərdə tutulur;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 539; 2017, № 4, maddə 547; 2018, № 7 (I kitab), maddə 1462, № 11, maddə 2240; 2019, № 5, maddə 825; 2021, № 1, maddə 36) ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bənddə “Tikinti” sözü “Şuşa şəhərinin ərazisi istisna olmaqla, tikinti” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 4.4-cü bənd əlavə edilsin:

“4.4. Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə, aparılan iş dərhal dayandırılır və bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verilir. Bu halda tikinti işlərinin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən qəbul edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin