Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin “Tarixi “İpək yolu”nun bərpası üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər haqqında” 1998-ci il 26 oktyabr tarixli 4 nömrəli, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 8 iyul tarixli 149 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” 1999-cu il 9 dekabr tarixli 224 nömrəli, “İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” 2002-ci il 15 aprel tarixli 685 nömrəli, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 31 avqust tarixli 115 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2004-cü il 29 dekabr tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Tarixi “İpək yolu”nun bərpası üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 612; 2003, № 10, maddə 546; 2004, № 12, maddə 1005; 2009, № 10, maddə 776; 2014, № 4, maddə 364; 2015, № 9, maddə 989; 2017, № 8, maddə 1521) 5-ci, 6-cı və 7-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 149 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 411; 2004, № 12, maddə 1005; 2017, № 8, maddə 1521) 2-ci hissəsinin səkkizinci abzasında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027; 2015, № 9, maddə 1015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 772, № 8, maddə 1521; 2018, № 2, maddə 175; 2019, № 9, maddə 1487; 2020, № 2, maddə 105; 2022, № 4, maddə 303) 2-ci hissəsinin onuncu abzasında “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. “İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 183; 2005, № 4, maddə 300; 2006, № 11, maddə 944; 2014, № 2, maddə 112, № 9, maddə 1027; 2017, № 1, maddə 51, № 8, maddə 1521, № 12, maddə 2291) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci hissə ilə yaradılan Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının Baş naziri

Komissiya sədrinin müavini

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini.”;

4.2. 3-cü hissədə “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

5. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 623; 2007, № 6, maddə 601; 2010, № 3, maddə 180; 2014, № 9, maddə 1027; 2016, № 6, maddə 1056; 2017, № 3, maddə 353, № 8, maddə 1521, № 11, maddə 1999) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1-ci bənddə “və 25.3-cü” sözləri “, 25.3-cü və 25.4-cü” sözləri ilə, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

5.2. 3.4-cü bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

5.3. aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:

“3.5-1. həmin Qanunun 15.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;”.

6. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 171 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1017; 2010, № 3, maddə 180; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin