RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Ağayev Böyükağa Məmməd oğlu

Ələkbərov İqdam Əli oğlu

Əliyev Paşa İbrahim oğlu

Heydərov Tofiq Mirhəsən oğlu

Həsənov Azər Camal oğlu

Həsənov Tərlan Əliheydər oğlu

Mustafayev Şahlar Gülməhəmməd oğlu

Sultanova Sara Oqtay qızı

“Əməkdar həkim”

Əliyev Natiq Avil oğlu

Hüseynova Emiliya Əşrəf qızı

“Əməkdar jurnalist”

Cavadov Rəşad Qəmərşah oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin