REGİONLAR


“Azərbaycan Respublikasında karantin əhəmiyyətli ziyanlı orqanizmlər” atlası hazırlanacaq

Bakı, 25 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı bitkiləri üçün təhlükəli hesab oluna biləcək karantin əhəmiyyətli ziyanlı orqanizmlər barədə irihəcmli məlumat toplusu – atlas hazırlayacaq. Atlas nazirliyin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində hazırlanır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə birgə hazırlanacaq atlasda ziyanlı orqanizmlər haqqında ətraflı məlumatlar - onların ölkəyə daxil ola bilmə istiqamətləri, dünyada yayılma arealı, xarici görünüşləri, simptomoloji əlamətləri və s. barədə informasiyalar qeyd olunacaq.

Atlasın hazırlanmasında bitki mühafizəsi istiqamətində çalışan mütəxəssislər iştirak edəcəklər. Hazırlanmış atlas nəinki bu sahədə çalışan müfəttişlər və elm adamları, o cümlədən ölkədə kənd təsərrüfatı bitkiləri və məhsulları sahəsində idxal-ixracla məşğul olan sahibkarlar üçün də maraqlı informasiya mənbəyi olacaq.

Məlumat toplusunun çap ilə yanaşı, hər kəsin əldə edə bilməsi üçün elektron formatda hazırlanması da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.