CƏMİYYƏT
“Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2018-ci ilə dair ölkə məruzəsi” jurnal formasında nəşr edilib
Bakı, 2 avqust, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumların təqdim etdikləri hesabatlar əsasında hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2018-ci ilə dair ölkə məruzəsi” jurnal formasında nəşr olunub.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, həmin sənəddə 2013-2018-ci illər üzrə Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumatlar, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin və psixotrop maddələrin dinamikasını əks etdirən müxtəlif diaqramlar, həmçinin İşçi Qrupunun təşkilatçılığı ilə həyata keçirilən maarifləndirmə tədbirləri, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi və beynəlxalq təşkilatlarla aparılan iş əksini tapıb.