Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 312, № 6, maddə 415; 2007, № 8, maddə 754; 2008, № 8, maddə 709; 2010, № 4, maddə 274, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2016, № 1, maddə 9; 2018, № 1, maddə 9) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 43-cü maddənin birinci və üçüncü hissələrində, 142-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında, 166-cı maddənin birinci hissəsində, 261-ci maddənin ikinci hissəsinin səkkizinci abzasında, 297-ci maddənin birinci hissəsinin on dördüncü abzasında, 305-ci maddənin birinci hissəsinin dördüncü abzasında “papiros” sözü “tütün” sözü ilə əvəz edilsin.

2. 156-cı maddənin üçüncü hissəsində “Papiros” sözü “Tütün” sözü ilə əvəz edilsin.

3. 257-ci maddənin birinci hissəsinin altıncı abzasında “papirosu” sözü “tütünü” sözü ilə əvəz edilsin.

4. Həmin nizamnaməyə 5 saylı əlavənin 2-ci maddəsinin birinci hissəsinin ikinci abzasında və 4-cü maddəsində, 8 saylı əlavənin “b” bəndinin səkkizinci abzasında “papiros” sözü “tütün” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin