Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 913-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 687; 2004, № 7, maddə 505; 2006, № 3, maddə 223; 2010, № 11, maddə 936; 2013, № 5, maddə 464; 2014, № 11, maddə 1334; 2015, № 10, maddə 1083) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 38-1-ci maddə ləğv edilsin.

2. VII fəslin adından və 59-cu maddədən “və müvafiq inzibati xətalara görə inzibati cərimə” sözləri çıxarılsın.

3. 56-cı maddənin üçüncü hissəsi və 57-ci maddənin ikinci hissəsi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin