Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 443; 2006, № 6, maddə 486, № 11, maddə 927, № 12, maddə 1013; 2007, № 1, maddə 1, № 5, maddə 441, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 3, maddə 155, № 4, maddə 253; 2009, № 6, maddə 399; 2010, № 3, maddə 171, № 6, maddə 484; 2016, № 2 (I kitab), maddə 194; 2017, № 7, maddə 1259; 2018, № 12 (I kitab), maddə 2474; 2020, № 5, maddə 526; 2021, № 8, maddə 902) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 74-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“74. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası dövlət büdcəsinin vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Vergi orqanlarında işləyən digər vəzifəli şəxslər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada icbari sığorta olunurlar.”.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2021-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin