SİYASƏT
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə BMT-nin Əhali Fondu arasında əməkdaşlıq müzakirə olunmuşdur
Bakı, 9 may (AZƏRTAC). Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev BMT-nin Əhali Fondunun (UNFPA) regional direktoru Heimo Laakkonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə AIDA və UNFPA-nın əsas fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlıq imkanları araşdırılmış və birgə layihələrin həyata keçirilməsi müzakirə edilmişdir.