Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, №12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421, № 11, maddə 2235, № 12 (I kitab), maddə 2515) aşağıdakı dəyişikliklər edilsin:

1. 40-cı maddə üzrə:

1.1. 40.2-ci maddədə “72” rəqəmi “72.1” rəqəmi ilə, “aşağıdakı hallarda təhqiqatçının və” sözləri “hallarda təhqiqatçının və ya” sözləri ilə, iki nöqtə işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 40.2.1–40.2.3-cü maddələr ləğv edilsin;

1.2. aşağıdakı məzmunda 40.3-cü və 40.4-cü maddələr əlavə edilsin:

“40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir.

40.4. Şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir.”.

2. Aşağıdakı məzmunda 41.1-1-ci maddə əlavə edilsin:

“41.1-1. Cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılır.”.

3. 43.1.2-ci maddədə “39.1.6–39.1.11-ci” sözləri “39.1.6–39.1.11, 40.3 və 40.4-cü” sözləri ilə əvəz edilsin.

4. 84.5.3-cü maddədə “orqandan” sözü “müvafiq icra hakimiyyəti orqanından” sözləri ilə əvəz edilsin və həmin maddədə “icraatına vermək” sözlərindən sonra “, habelə istintaqı aid olan orqanın bir istintaq qurumundan digərinə vermək” sözləri əlavə edilsin.

5. 85.2.11-ci maddədə “əmlak müsadirəsinin” sözləri “xüsusi müsadirənin” sözləri ilə əvəz edilsin.

6. 86.2.7-ci maddədə “əmlak müsadirəsinin” sözləri “xüsusi müsadirənin” sözləri ilə əvəz edilsin.

7. 132-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“132.1. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:

132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;

132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir);

132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir;

132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;

132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır;

132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;

132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir.

132.2. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4–132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir.”.

8. 217.3-cü maddədə “onun” sözündən sonra “, habelə işin icraata qəbul edilməsi haqqında qərarın” sözləri əlavə edilsin.

9. 248.1.1-ci maddədə “əmlak müsadirəsini” sözləri “xüsusi müsadirəni” sözləri ilə əvəz edilsin.

10. 254.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“254.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər.”.

11. 289.8.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“289.8.3. xüsusi müsadirə olunması təklif edilən əmlak barədə;”.

12. 289.8.4-cü, 290.2.8-ci və 346.1.18-ci maddələrdə “əmlak müsadirəsinin” sözləri “xüsusi müsadirənin” sözləri ilə əvəz edilsin.

13. 346.1.19-cu maddədə “müsadirə edilməli olduğu, cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan hansı məbləğdə pulun və ya hansı əmlakın müsadirə edilməli olduğu” sözləri “xüsusi müsadirə edilməli olduğu” sözləri ilə əvəz edilsin.

14. 353-cü maddə üzrə:

14.1. 353.4.11-ci maddədə “əmlak müsadirəsi cəzası təyin olunduğu halda müsadirə edilməli olan cinayətin predmetləri, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayət yolu ilə əldə edilmiş əmlakın siyahısı, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində müsadirə olunacaq məhkuma məxsus olan pulun miqdarı və ya” sözləri “xüsusi müsadirə edilən” sözləri ilə əvəz edilsin;

14.2. 353.5.3-cü maddədə “əmlak müsadirəsinin” sözləri “xüsusi müsadirənin” sözləri ilə əvəz edilsin.

15. 506-cı maddə üzrə:

15.1. maddənin adına “cəzalarını” sözündən sonra “və cinayət-hüquqi xarakterli digər tədbirləri” sözləri əlavə edilsin;

15.2. 506.0.4-cü maddədə “ərizəsinə və ya cəzanı” sözləri “, barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən hüquqi şəxsin nümayəndəsinin ərizəsinə və ya cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri” sözləri ilə əvəz edilsin.

16. 510-cu maddə üzrə:

16.1. maddənin adına “Hökmün” sözündən sonra “və ya məhkəmənin digər yekun qərarının” sözləri əlavə edilsin;

16.2. 510.3-cü maddəyə “Məhkum” sözündən sonra “və ya hüquqi şəxs” sözləri əlavə edilsin;

16.3. 510.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Məcəllənin 510.3-cü maddəsində nəzərdə tutulmuş halda hüquqi şəxs barəsində cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarının icrasının təxirə salınması məsələsinə hüquqi şəxsin nümayəndəsinin ərizəsi əsasında məhkəmə tərəfindən baxılır.”.

17. 518.0-cı maddədə “ərizəsinə, cəzanı” sözləri “və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin