RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaları haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaları haqqında 2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin