RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsini rəhbər tutaraq və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin 3-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 5 iyun tarixli 127-VIQR nömrəli Qərarında aşağıdakı dəyişiklik edilsin:

Mirzəyev Səfa Abbas oğlu 

Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.”

 sözləri aşağıdakı sözlər ilə əvəz edilsin:

Hacıyev Fərid Famil oğlu 

Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.”

 
Azərbaycan Respublikası
Milli Məclisinin sədri                    Sahibə Qafarova
 
Bakı şəhəri, 29 iyun 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin