Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib [YENİLƏNİB] VİDEO

Bakı, 2 oktyabr, Əsəd Məmmədov, Nihat Budaqov, AZƏRTAC

Oktyabrın 2-də Bakıda “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə Prezident Administrasiyasının, MSK-nın rəsmiləri və KİV-lərin nümayəndələri iştirak ediblər.

Seminar-müşavirəni açan MSK sədri Məzahir Pənahov bildirib ki, tədbir bu formatda ilk dəfədir keçirilir. M.Pənahov deyib: “Bu, Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir. Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür. MSK da mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. Çalışmışıq ki, yerli mətbuatla yanaşı, beynəlxalq KİV nümayəndələri də bizim tədbirlərin işıqlandırılmasında fəal iştirak etsinlər. MSK bütün seçkiləri Seçki Məcəlləsinin, beynəlxalq standartların tələblərinə uyğun keçirməyə səy göstərir”.

Qeyd edilib ki, seçkiləri şəffaf, demokratik keçirmək üçün ölkədə ictimai-siyasi sabitliyin mövcud olması çox önəmlidir.

Noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq işlərinə toxunun MSK sədri deyib: “Namizədliklə bağlı 1700-dən çox müraciət daxil olub. Onlardan 700-dən çoxunun namizədliyi qeydə alınıb. Artıq oktyabrın 9-dan təşviqat prosesi başlayır”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əminliklə qeyd edib ki, seminar-müşavirə Milli Məclisə seçkilərin şəffaf, demokratik keçirilməsinə öz müsbət təsirini göstərəcək.

Əli Həsənov deyib: “Hər bir seçki müxtəlif sahələrin birgə fəaliyyətinin nəticəsində formalaşır. Seçki qanuna müvafiq olaraq MSK və onun yerli qurumları tərəfindən təşkil olunur. Qanun çərçivəsində seçicilərin səsləri sayılır, sənədləşdirilir və elan edilir”.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycanın 23 illik müstəqillik tarixində keçirilən bütün seçkilərdə mətbuatın sərbəst iştirakı təmin olunub. Bu da ölkəmizdə bütün seçkilərin şəffaf, demokratik, ədalətli keçirilməsinə imkan yaradıb. Əlbəttə, müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə nöqsanlardan tam sığortalanmayıb. Lakin ümumilikdə ölkəmizdə keçirilən seçkilər ədalətli, demokratik, şəffaf seçkilər kimi dəyərləndirilib. “İnanıram ki, bu seçkilər də istisna olmayacaq. Seçkilər cəmiyyətdəki sabitlikdən, ovqatdan, ictimai-siyasi mühitdən və bütövlükdə yaradılan şəraitdən asılıdır. Bu şərtlər daxilində artıq MSK bir institut kimi formalaşıb, fəaliyyətini təkmilləşdirib. Bu gün ən yüksək standartlar səviyyəsində seçki keçirməyə qadir bir quruma çevrilib”, - deyə Əli Həsənov vurğulayıb.

Mətbuatın seçki prosesindəki rolundan danışan Əli Həsənov diqqətə çatdırıb ki, media hər bir siyasi, plüralist normalar çərçivəsində idarə olunan demokratik ölkənin ümumi seçki prosesində tərəf kimi iştirak edir.

Prezident Administrasiyasının rəsmisi bildirib: “Jurnalist vəsiqəsi kifayət edir ki, hər bir mətbuat nümayəndəsi seçkiləri əvvəldən axıra qədər müşahidə etsin. Buna görə də biz mətbuatı seçkilərin mühüm bir daxili aktoru, tərəfi kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdıran yeganə tərəfsiz institut rolunu mətbuat oynayır. Bəzən MSK-nın verdiyi rəyi bəzi dairələr, qüvvələr, xüsusən də məğlub olan namizədlər obyektiv dəyərləndirməyə bilər, amma mətbuat tərəfsiz olaraq bu məsələləri obyektiv dəyərləndirir. Bu baxımdan mətbuatın rolu əvəzsizdir. Bundan əlavə, seçkiqabağı təşviqat prosesində mətbuat konkret olaraq kommersiya fəaliyyətinə qoşulur. Hər bir müstəqil informasiya vasitəsi müvafiq ödəniş müqabilində müəyyən səhifələrini, efir vaxtlarını həmin o namizədlərə ayırır. Bununla bağlı müəyyən normalar var ki, bunlar da Azərbaycan Respublikasının Seçki Məcəlləsində və MSK-nın qəbul etdiyi qərarlarda öz əksini tapıb. Mətbuat seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, bloklara bərabər şərait yaratmalıdır. Mətbuat KİV haqqında Qanuna, Seçki Məcəlləsinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralist siyasətə söykənərək namizədlər üçün bərabər şərait yaratmalıdır”.

Mətbuatın hər bir dövlətin imicinin formalaşmasında mühüm yer tutan bir resurs olduğunu söyləyən Əli Həsənov bildirib ki, bu resursdan istifadə edərək biz Azərbaycan dövlətinin maraqlarını və bu maraqlara söykənən siyasətini daxildə və xaricdə təbliğ edirik. Daxildə mətbuat vasitəsi ilə əhalinin əhval-ruhiyyəsi, dövlətin yürütdüyü siyasətə münasibəti öyrənilir. Çünki bu amillərə söykənərək ölkənin daxili siyasəti proqnozlaşdırılır, onun idarəetmə mexanizmləri yaradılır. Mətbuat bu anlamda cəmiyyətin güzgüsü rolunu oynayır. Əli Həsənov deyib: “Seçki prosesinin dəyərləndirilməsində də KİV-in rolu əvəzsizdir. Çünki KİV bu prosesdə yeganə tərəfsiz rola malikdir. Müasir dünyada imic yaratma, ictimai rəyi idarəetmə mexanizmiləri bəlli mərkəzlər tərəfindən idarə olunur. Yəni, dünyada ümumi meyil ondan ibarətdir ki, KİV-lər azad, müstəqil olmalıdır, öz siyasətlərini və fəaliyyətlərini özləri qurmalıdırlar”.

Ölkəmizdə mətbuatın inkişafı üçün görülən işlərdən danışan Əli Həsənov vurğulayıb ki, Azərbaycanda KİV-ləri dəstəkləmək xətti əsas götürülür. Dövlət büdcəsindən bu istiqamətdə müəyyən qrantlar ayrılır, jurnalist müsabiqələri keçirilir. Eyni zamanda, onların problemlərinin həlli ilə bağlı dövlət tərəfindən müəyyən yardımlar göstərilir. KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasi qəbul edilib və ona müvafiq olaraq Fond yaradılıb. Yəni, Azərbaycan dövləti bu resursun əhəmiyyətini dəyərləndirərək onlarla səmərəli tərəfdaşlıq fəaliyyəti qurmağa çalışır. Bizim KİV-lərə münasibətimizin təməlində tərəfdaşlıq dayanır.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan dövləti KİV-in seçki prosesinin işıqlandırılmasında obyektiv, qanunlar çərçivəsində iştirakını daim dəstəkləyir.

Əli Həsənov qeyd edib ki, Azərbaycanda KİV sahəsində plüralist normaların formalaşmasının təməlində ümummilli lider Heydər Əliyevin siyasəti dayanır. Ulu Öndərin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə KİV üzərindən bütün tənzimləyici və dövlət idarəedici mexanizmlər ləğv edilməklə Azərbaycanda azad sözün, müstəqil medianın təməli qoyulub. Bu gün Prezident İlham Əliyev bu prinsiplərə əməl edərək Azərbaycanda siyasi plüralist cəmiyyətin formalaşması və inkişafı istiqamətində bütün addımları atır. Bu gün Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və istənilən insan bloq açıb orada öz fikirlərini söyləyə və başqaları ilə bölüşə bilər. Hər bir insan facebook səhifəsində özünü və düşündüyü ideyaları şərh edə bilər. KİV-lər istədikləri informasiyanı sərbəst şəkildə toplayb yaya, o cümlədən hakimiyyətin yürütdüyü siyasətə tənqidi və yaxud da dəstəkləyici münasibət bildirə bilər. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Azərbaycan dövlətinin təməlində demokratik normalar durur ki, bu da bizim Konstitusiyamızda əks olunub. Ümummilli Liderimiz tərəfindən təməli qoyulmuş azad media, siyasi plüralist cəmiyyət normaları Prezident İlham Əliyev və onun komandası tərəfindən davam etdirilir və bundan sonra da davam etdiriləcək.

Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək aparılan müzakirələrin parlament seçkiləri kimi taleyüklü hadisənin uğurla reallaşmasına böyük töhfə verəcəyini deyib. Bildirib ki, Azərbaycan cəmiyyəti bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə böyük maraq göstərməkdədir. Hər gün ölkənin aparıcı KİV-lərində seçkilərə hazırlıqla bağlı müxtəlif məzmunlu materialların dərci bu marağın ödənilməsinə dəstək baxımından mühüm əhəmiyyət daşımaqdadır. Əvvəllər olduğu kimi, media orqanlarının bu dəfə də seçki kompaniyasının ayrı-ayrı namizədlərinin platformalarının işıqlandırılmasına geniş yer ayıracağı şübhəsizdir.

“Müstəqil Azərbaycan Respublikasında ölkə Konstitusiyasının qəbulundan sonra xeyli seçkilər və referendum keçirilib. Ötən müddət ərzində Azərbaycan mediası seçki prosesində iştirakçılıq ənənələrini inkişaf etdirib, təcrübə imkanlarını genişləndirib, qanunverici bazanın möhkəmləndirilməsi sahəsində müvafiq hüququ aktların, normativlərin tətbiqi istiqamətində uğurlara nail olub. Medianın seçki dövründəki hüquq və öhdəlikləri İnsan Hüquqları Bəyənnaməsinin 19-cu və 21-ci maddələrindən törəyir. Bu maddələr hər bir insanın ifadə və məlumat azadlığının, həmçinin öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququnu təmin edir. Azərbaycanın Seçki Məcəlləsində KİV təmsilçilərinin fəaliyyəti geniş surətdə öz əksini tapıb. Seçki Məcəlləsi mətbuat azadlığına hörmət bəsləmək, təşviqat aparılması üçün KİV nümayəndələrinə bərabər imkanların yaradılması, namizədlərə və MSK-ya KİV-lərdə müvafiq nəşrlərin dərc edilməsi baxımından geniş hüquqi imkanlar yaradır”, – deyə U.Mirzəyev qeyd edib.

Bildirilib ki, müxtəlif vaxtlarda ölkədə medianın seçkiqabağı təşviqatı və seçki ilə əlaqədar prosesləri işıqlandırmasına dair xoşagəlməz meyillər hökm sürüb. KİV-lər bəzən bu və ya digər namizəd, onun təmsil olunduğu siyasi düşərgə barədə etik dəyərlərə, peşə prinsiplərinə zidd materiallar yayımlayıb. Nəticədə qəzet səhifələrində təhqir, böhtan, sərəf və ləyaqətin aşağılanması kimi mənfi hallar müşahidə olunub. Həm bu xoşagəlməz meyillərin təkrarlanmaması, həm də medianın seçki prosesini işıqlandırmasına dair yeni vərdişlərə yiyələnməsinə dəstək üçün müxtəlif illərdə Mətbuat Şurası tərəfindən bir sıra addımlar atılıb. KİV təmsilçiləri üçün seminarlar, treninqlər və məşğələlər təşkil olunub. Onlar dünyanın qabaqcıl ölkələrində seçkinin işıqlandırılmasına dair təcrübə ilə tanış ediliblər. Digər tərəfdən, media məkanında cərəyan edən meyillər araşdırılıb, onların ictimai müzakirəsi təşkil edilib və nəticədə müsbət irəliləyişlər əldə olunub. U.Mirzəyev deyib: “Müqayisə üçün demək istəyirəm ki, ötən parlament seçkiləri öncəsi, seçki günü KİV-lərin qanunvericilinin tələbinin, habelə peşə davranışı qaydalarının prinsiplərini pozması halları 2005-ci ilin parlament seçkiləri ilə müqayisədə təxminən 50 faiz aşağı olub. Güman edirəm ki, noyabrın 1-də keçiriləcək seçkilər bu baxımdan daha sivil mənzərənin müşahidə edilməsi ilə yaddaqalan olacaq”.

Qeyd edilib ki, Azərbaycan Mətbuat Şurası fəaliyyətində KİV-lərin seçkiləri ədalətli, tərəfsiz və qərəzsiz işıqlandırılmasına ictimai nəzarəti həyata keçirib, mövcud istiqamətdəki nəzərəçarpan meyilləri qruplaşdırıb, konkret faktları ictimaiyyətə çatdırıb. Həmçinin media təmsilçilərinin prosesi işıqlandırarkən üzləşə biləcəkləri mümkün maneələrə qarşı müvafiq təsir mexanizminin formalaşdırılmasına da nail olunub.

Mətbuat Şurası qəzet, jurnal, informasiya agentlikləri daxil olmaqla ölkənin aparıcı KİV-lərinin, o cümlədən tanınmış internet xəbər portallarının seçki ilə bağlı məlumatlarını diqqətdə saxlayır. Namizədlər və onların səlahiyyətli nümayəndələri ilə bağlı dərc edilmiş materialların Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının tələbləri ilə nə dərəcədə uyğunluğu nəzərdən keçirilir. Bu zaman balans prinsipinin pozulması, faktın təhrifi, kontekstdən çıxarılmış sitatlarla manipulyasiya, foto-manipuliyasiya, sərlövhənin mətnlə uyğunsuzluğu, hadisənin şərait imkanlarının təhrifi, real olmayan fakta əsaslanan tənqid, faktla müəllifin şərhi arasında fərqin qoyulmaması halları nəzərə alınır.

Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri Qabil Orucov və Fuad Cavadovun “Seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” adlı məruzələri dinlənilib.

Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb və sual doğuran məsələlər müzakirə olunub.

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI