Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Azərbaycan Prezidenti buradan Ankaranın “Əsri məzarlıq” qəbiristanına yola düşdü. Xalqımızın görkəmli oğlu Məmməd Əmin Rəsulzadə həmin qəbiristanda dəfn olunmuşdur. Heydər Əliyev M.Ə.Rəsulzadənin məzarı üstünə gül dəstəsi qoydu, onun xatirəsini birdəqiqəlik sükutla yad etdi.

“Anıtkabır” məqbərəsinin və “Əsri məzarlıq” qəbiristanının ziyarət edilməsində Azərbaycanın xarici işlər naziri H.Həsənov və digər rəsmi şəxslər iştirak edirdilər.

X X X
Fevralın 8-də günortadan sonra Türkiyə Cümhuriyyəti Prezidentinin iqamətgahı “Çankaya” köşkündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəsmi qarşılanma mərasimi keçirildi. “Çankaya” köşkü Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmişdi. Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Heydər Əliyevi gətirən avtomobil iqamətgahın ərazisinə daxil olan kimi onu Süleyman Dəmirəl və həyat yoldaşı qarşıladılar. Sonra hər iki Prezident fəxri kürsüyə qalxdı. Toplardan atılan yaylım atəşlərinin sədaları altında Azərbaycanın və Türkiyənin dövlət himnləri ifa olundu. Fəxri qarovulun rəisi prezidentlərə raport verdi.

Hər iki ölkənin prezidentləri fəxri qarovulun qarşısından keçərkən Azərbaycanın və Türkiyənin dövlət bayraqları önündə bir anlıq ayaq saxladılar və təzim etdilər. Heydər Əliyev fəxri qarovulu “Mərhəba, türk əsgəri!” sözləri ilə salamladı.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra H.Əliyev və S.Dəmirəl mətbuat işçiləri üçün bəyanat verdilər.

S.Dəmirəl dedi: Azərbaycan Respublikasının Prezidenti, əziz dostum və qardaşım, hörmətli Heydər Əliyevi Türkiyədə qarşılamağı özümə böyük şərəf bilirəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında ikitərəfli qarşılıqlı münasibətləri inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır. Ermənistanın zor gücünə Azərbaycan torpaqlarını qəsb etməsi bizdə böyük narahatlıq doğurur. Türkiyə bütün dövlətlər arasında mübahisəli məsələlərin sülh yolu ilə həll olunmasına tərəfdardır. Ona görə də biz Ermənistanın qəsbkarlıq hərəkətlərini pisləyirik. Azərbaycanın öz ərazi bütövlüyünü qoruyacağına inanırıq.

Biz Azərbaycanla Ermənistan arasında münaqişənin həlli ilə bağlı ATƏM çərçivəsində həyata keçirilən tədbirlərdə Azərbaycanın mövqeyini həmişə müdafiə etmişik və yenə də müdafiə edəcəyik.

Türkiyə dövləti Azərbaycanın ədalətli müharibəsində onun mənafeyini digər beynəlxalq təşkilatlarda da həmişə qoruyub və yenə də qoruyacaqdır.

70 illik həsrətdən sonra Türkiyə Azərbaycana çağdaş demokratik bir dövlət kimi tam imkanları ilə kömək edəcəkdir. Əminəm ki, bu səfər zamanı ölkələrimiz arasında bağlanacaq müqavilələr qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, əlaqələrimizi bir daha möhkəmləndirəcəkdir.

Süleyman Dəmirəl axırda dedi:

- Sayın Cümhurbaşqanı, hörmətli qonaqlar! Sizləri Türkiyədə salamlamaqdan hədsiz məmnunam və bundan çox böyük həzz alıram, bəxtəvərlik duyuram.

Heydər Əliyev öz bəyanatında dedi:

- Hörmətli Prezident! Əziz dostum və qardaşım Süleyman Dəmirəl!

Hörmətli türkiyəli dostlarımız və qardaşlarımız!

Mən bu gün Türkiyə torpağında, Türkiyədə olduğum üçün özümü çox xoşbəxt hesab edirəm. Dostum və qardaşım Süleyman Dəmirələ məni Türkiyəyə rəsmi səfərə dəvət etdiyinə görə təşəkkürümü bildirirəm.

Bizim ölkələrimiz – Türkiyə və Azərbaycan dost və qardaş ölkələrdir. Xalqlarımız arasındakı birlik, dostluq və qardaşlıq əlaqələri əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır.

Azərbaycan Respublikası indi müstəqil bir dövlətdir və öz ölkəsinin, xalqının, sərvətlərinin sahibidir. Azərbaycanın müstəqilliyini dünya ölkələri sırasında ilk dəfə Türkiyə tanımışdır. Bu da Azərbaycanın dünya birliyi, dünya dövlətləri tərəfindən tanınmasında mühüm rol oynamışdır.

Türkiyə ilə Azərbaycan arasında son illər yaranmış mehriban münasibətlərdən bəhs edən H.Əliyev dedi ki, bu əlaqələr son vaxtlar daha da inkişaf edir, yeni yaranmış müstəqil respublikamız Türkiyənin yardımını, köməyini daim hiss edir. Bu fürsətdən istifadə edib xalqımız, respublikamız adından və öz adımdan türk xalqına, Türkiyə Cümhuriyyətinə, Türkiyədəki dostlarımıza, qardaşlarımıza, Prezident Süleyman Dəmirələ minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm.

Azərbaycan müstəqil dövlət kimi öz ilk addımlarını atır. Respublikamızın qarşısında çoxlu problemlər var. Azərbaycan öz müstəqilliyini çətin yollarla qurur, yaradır. Azərbaycanda demokratik dövlət, hüquqi demokratik cəmiyyət qurmaq prosesi çox əzmlə inkişaf edir.

Heydər Əliyev daha sonra dedi:

- İndi qarşıda duran ən mühüm problem Azərbaycanı Ermənistanın təcavüzündən xilas etməkdir. Bu təcavüz altı ildir ki, davam edir və Azərbaycan torpaqlarının bir qismi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Ancaq xalqımız yaxşı bilir ki, Azərbaycanı müdafiə etmək üçün Türkiyənin səsi həmişə gur gəlib. Türkiyənin köməyi Azərbaycan üçün həmişə mənəvi dayaq olub və biz bu gün də bu mənəvi dayaqdan, yardımdan istifadə edirik.

Azərbaycan sülh tərəfdarıdır və sülhsevər siyasət aparır. Biz müharibəyə də sülh yolu ilə son qoymaq, xalqımızı bu müharibədən xilas etmək istəyirik. Heydər Əliyev bir daha bildirdi ki, həmin yolda çox addımlar atmışıq, bu gün də atırıq. Beynəlxalq təşkilatların köməyinə ümid bəsləmişik, yenə də ümid bəsləyirik. Böyük dövlətlərin təşəbbüsünə həmişə inanmışıq, bu gün də inanırıq. Bir neçə vaxt öncə ABŞ, Rusiya və Türkiyə müharibənin, süni surətdə yaradılmış bu problemin həlli ilə əlaqədar təşəbbüs irəli sürmüşdülər. Biz bu təşəbbüsü də bəyənmişik, alqışlamışıq, onun həyata keçməsinə çalışırıq.

Heydər Əliyev daha sonra dedi ki, biz dünya dövlətlərinin, beynəlxalq təşkilatların, dostumuz və qardaşımız Türkiyənin köməyi ilə bu məsələlərin sülh yolu ilə həll olunmasına tərəfdarıq. Ancaq Azərbaycan ordusu artıq formalaşmaqdadır. Xalqımızda vətənpərvərlik ruhu yüksəlib. Azərbaycan vətəndaşları, ordumuz torpaqlarımızı düşməndən müdafiə etmək üçün indi qanlı döyüşlər aparırlar.

Bizim başqa bir dövlətə, o cümlədən Ermənistana qarşı torpaq iddialarımız yoxdur. Ancaq indi biz BMT tərəfindən qəbul olunmuş, təsdiq edilmiş Azərbaycan Respublikasının ərazilərinin bütövlüyünü təmin etmək istəyirik. İndi müharibə Azərbaycan ərazisində gedir. Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpağındadırlar. Onların Azərbaycan torpaqlarından çıxarılması üçün biz ədalətli müharibə aparırıq. Azərbaycan xalqı, ordumuz özünün cəsarətini və qəhrəmanlığını artıq göstərib. Sizi əmin edirəm ki, bundan sonra da belə cəsarət və qəhrəmanlıq göstərəcəkdir. Biz sülh yolunu əsas tutaraq, həm də ədalətli müharibə aparırıq.

H.Əliyev dedi:

- Bu məsələlərdə bizim türkiyəli qardaşlarla görüşməyə, danışıqlar, məsləhətləşmələr aparmağa həmişə ehtiyacımız olub. Bu səfər, ziyarət vaxtı da hər iki ölkə arasında iqtisadi, ticarət, elmi-texniki, humanitar və başqa məsələlər barədə danışıqlar gedəcəkdir. Biz əlaqələrimizin daha da inkişaf edib dərinləşdirilməsi məsələsini, habelə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü haqqında məsələni burada müzakirə etmək fikrindəyik. Bu barədə Türkiyə Cümhuriyyəti rəhbərlərinin məsləhətinə bizim ehtiyacımız vardır.

Axırda Heydər Əliyev buraya dəvət olunduğu üçün Türkiyə Prezidentinə bir daha minnətdarlığını bildirdi, türkiyəli dostların hamısına Azərbaycan xalqının səmimi salamı, məhəbbəti və hörməti olduğunu söylədi.

X X X

Rəsmi bəyanatlardan sonra prezidentlər təkbətək görüşdülər.

“Çankaya” köşkündə Heydər Əliyevin və Süleyman Dəmirəlin başçılıq etdiyi nümayəndə heyətləri arasında danışıqlar başlandı. Danışıqlarda iki dövlət arasında imzalanacaq sənədlər müzakirə olundu.

X X X

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev öz iqamətgahında Türkiyənin Baş naziri Tansu Çilləri qəbul etdi.

Həmin axşam H.Əliyev Türkiyənin “Ana Vətən” Partiyasının sədri Məsud Yılmaz, daha sonra isə Alparslan Türkeş ilə görüşdü.

X X X

Fevralın 8-də axşam Süleyman Dəmirəl “Çankaya” köşkündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə böyük ziyafət verdi. Prezidentlər ziyafətdə nitq söylədilər, hər iki xalqın dostluğu və qardaşlığı şərəfinə sağlıq dedilər.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-nin “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək