Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Qızılağac Milli Parkının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

1. Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlardan 10390,89 hektar və Neftçala rayonunun inzibati ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından 309,11 hektar ayrılmaqla, Qızılağac Dövlət Təbiət Qoruğunun (88360,0 hektar) bazasında bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 99060,0 hektar sahədə Azərbaycan Respublikasının Qızılağac Milli Parkı yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin