CƏMİYYƏT


“Azərbaycan Respublikasının mübarizə tarixi” mövzusunda intellektual bilik yarışına yekun vurulub

Bakı, 7 mart, AZƏRTAC 

Martın 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının kursantları arasında “Azərbaycan Respublikasının mübarizə tarixi” mövzusunda intellektual bilik yarışı keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, bilik yarışı kursantların intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün artırılması və zehni inkişafı, ən başlıcası onlarda vətənpərvərlik hissinin gücləndirilməsi məqsədilə təşkil edilib.

Akademiyanın Tələbə Elmi Cəmiyyətinin və şəxsi heyətlə iş bölməsinin təşkilatçılığı ilə reallaşan yarışda 8 komandanın tərkibində 48 kursant iştirak edib. Yarış Azərbaycanın milli ordu quruculuğu, qan yaddaşımız və Milli qəhrəmanlarımız mövzularında keçirilib.

Hər mövzu üzrə on sual olmaqla ümumilikdə 30 sual səsləndirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində uğurla çıxış edən “Xilaskar” komandası qalib adına layiq görülüb. İkinci yerə “5+1” komandası, üçüncü yerə isə “Vətən” komandası çıxıblar.

Qalib komandalar fəxri fərmanlarla təltif edilib və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.